Braziliyada matəm elan olundu

Braziliyada matəm elan olundu
17:52 29 Noyabr 2016
107 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliya prezidenti Mişel Temer göyərtəsində millinin futbolçuları olan təyyarənin Kolumbiyada qəzaya uğraması ilə bağlı ölkədə matəm elan edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

M.Temer "Twitter" səhifəsində yerləşdirdiyi mikrobloqda qeyd edib ki, ölkədə məlum aviaqəza ilə bağlı 3 günlük matəm elan olunur.

Braziliya prezidenti aviaqəzada həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verərək, onlara səbr diləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR