ABŞ-da iqtisadi artım proqnozu üstələyib

ABŞ-da iqtisadi artım proqnozu üstələyib
18:02 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə ABŞ-da iqtisadi artım tempi 3,2% təşkil edib. "Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, analitiklər III rübdə ÜDM-in 3% artacağını proqnozlaşdırırdılar. 
Göstəricinin proqnozu 0,2 faiz bəndi üstələməsi dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Belə ki, maliyyə bazarları artıq tam şəkildə dekabr iclasında Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıracağına əmindirlər. Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 0,4% azalaraq 1,0570 səviyyəsinə kimi geriləyib. 
"Report"un analitik qrupu qısa müddət ərzində dolların avro ilə müqayisədə 1,04 USD/EUR səviyyəsinə qədər möhkəmlənəcəyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-da-iqtisadi-artim-proqnozu-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR