ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR

ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR
18:03 29 Noyabr 2016
1852 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı hazırlıqlara başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda CNN telekanalı bildirib.

Xəbərə görə, kosmos müharibələri, yadplanetlilərin hücumu üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki, insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.

“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır olmalıyıq”, - amerikalı general deyib.

Kosmos üçün hazırlanan ssenarilərdən birində yadplanetlilərlə qarşıdurmaların mümkün variantlarının yer almasıdır.

ABŞ kosmosda daha güclü olmaq üçün işləri davam etdirir. Bu işləri ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik Komandirliyi həyata keçirir. 1982-ci ildə qurulan Kosmik Komandirlikdə 38 min nəfər çalışır. Dünyanın müxtəlif ölkələrində 134 bazası olan qurumun büdcəsi 8,9 milyard dollardır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kosmik büdcəsi isə 22 milyard dollardır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR