Ən çox gəlir gətirən Yeni il filmləri - siyahı

Ən çox gəlir gətirən Yeni il filmləri - siyahı
18:41 29 Noyabr 2016
214 Şou
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalı Milad bayramına həsr olunmuş 25 ən populyar  filmlərin siyahısını dərc edib.
 
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmlər reytinq sıralamasında əldə etdikləri gəlirlərinə görə yer alıb.

Siyahıda ilk yeri Makaley Kalkinin baş rolda oynadığı "Evdə tək” filmi tutub. Rejissorunun Kris Kolambus olduğu film 1990-cı ildə ekranlara çıxıb. Amerika kino dövriyyəsində "Evdə tək" 285,76 milyon dollar, dünyada isə 476,68 milyon dollar gəlir əldə edib.

İkinci yerdə "Qrinç Miladı necə oğurladı" filmi qərarlaşıb. Baş rolda Cim Kerrinin yer aldığı film ABŞ-da 260 milyon dollar qazanıb.



"Qütb ekspresi" isə siyahının 3-cü yerində bərqərar olub. Bu film 2004-cü ildə rejissor Robert Zemekis tərəfindən çəkilib. ABŞ-da "Qütb ekspresi" 183,37 milyon dollar, dünyada 306,85 milyon dollar qazanıb.



Onluğa daxil olan digər filmlər isə bunlardır:

"Evdə tək 2: Nyu-Yorkda itən" (173,59 milyon dollar), "Elf" (173,40 milyon dollar), "Santa Klaus" (144,83 milyon dollar), “santa Klaus 2” (139,24 milyon dollar), “Milad hadisəsi” (137,86 milyon dollar), “4 Milad bayramı” (120,15 milyon dollar), “Santa Klaus 3” (24,5 milyon dollar).


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR