Sevgilisini lüt şəkillərlə şantaj etdi, arvadının mesajlarını tutdu - Məhkəmədən

Sevgilisini lüt şəkillərlə şantaj etdi, arvadının mesajlarını tutdu - Məhkəmədən
18:52 29 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Sevişdiyi qadının lüt şəkillərini yaymaqla hədələdiyi üçün həbs edilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrlik edib.
 
Sayt işdə adı keçən qadının sonrakı taleyini nəzərə alaraq, onun adını şərti adla əvəz edib.
 
Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Anar Məmmədov özünü tam təqsirli bilib. O deyib ki, 2006-cı ildə ailə həyatı qurub və 2012-ci ilin yay aylarında həyat yoldaşından ayrılıb: "2014-cü ildə qeyri-rəsmi olaraq yenə ailəli olmuşam. Rəsmi olaraq heç yerdə işləməmişəm. Taksi fəaliyyəti ilə məşğul olmuşam. Nigarla taksi sürdüyüm zaman tanış oldum. "Şamaxinka" adlanan yerdə müştəri gözləyirdim. Nigar sərnişin kimi maşına mindi və onu Şamaxıya aparmağı xahiş etdi. Yolda gedərkən Nigarla ümumi söhbətlər etdik. Bu tanışlıqdan sonra aramızda mehriban münasibət yarandı və telefon nömrələrimizi bir-birimizə verdik. O gündən etibarən Nigarla mütəmadi olaraq telefonla danışmağa başladıq".
 
A.Məmmədov ifadəsində bildirib ki, bir müddət sonra Nigarla sevişiblər: "Nigarla təxminən 3 dəfə Masazır qəsəbəsində yerləşən "Qəbələ" restoranına getdik və orada cinsi əlaqədə olduq. Həmin ərəfədə pula ehtiyacım yarandı. Nigardan borc kimi 340 manat pul istədim. O da heç bir tərəddüd etmədən pulu verdi.
Bir müddət keçdi, yenidən pula ehtiyac yarandı. Nigara dedim 500 manat ver. Dedi, iki-üç günə düzəldəcək. 2 gün keçdi, Nigardan xəbər çıxmadı, zəng elədim. Pulu verməkdən imtina elədi".
 
Təqsirləndirilən şəxs bundan sonra Nigarı şantaj etməyə başlayıb: "Onun bu hərəkəti mənə yer elədi. Əsəbiləşdim, Nigara zəng edib dedim, cinsi əlaqədə olarkən onun lüt şəkillərini çəkmişəm. Hədə qorxuya keçdim. 600 manat pul istədim. Əks təqdirdə onun lüt şəkillərini qardaşına və anasına göstərib biabır edəcəyimi dedim. Nigar qorxdu və pul verməyə razı oldu. Nigarla Akademik Milli Dram Teatrının yanında görüşdük. O, 400 manat pul gətirdi. Pulu götürdüm, dedim, 200 manat da axşama çatdırmasa, birbaşa Şamaxıya gedib onu biabır edəcəm. Ayrıldıq. Üstündən bir-iki saat keçməmiş Nigar zəng edib, qalan pulu götürmək üçün Sabunçuya çağırdı. Pulu rəfiqəsindən almışdı. Pulu verəndə şəkillərini qaytarmağımı xahiş etdi. Dedim, narahat olma siləcəm".
 
Anar Məmmədovun Nigardan hədə-qorxu ilə pul tələb etməsi bununla da yekunlaşmayıb: "5-6 ay keçmişdi. Pula ehtiyac vardı. Nigara zəng elədim. Hədə-qorxu gəldim və 500 manat lazım olduğunu dedim. Nigar birinci ağladı, sızladı. Lakin 500 manatı verəcəyini dedi. Səhər Nərimanovda görüşdük. 500 manatı ondan aldım. Məndən xahiş elədi ki, həmin şəkilləri ona verim. Dedim ki, yüz faiz siləcəm, narahat olmasın. Üstündən iki-üç gün keçdi. Həmişəki kimi pula ehtiyac vardı. Nigardan 350 manat istədim. Ona da razılaşdı, gətirib pulu verdi. Məndən şəkilləri istədi, içi boş olan "flashcard" verdim ki, şəkilləri burdadır. Bir saat keçmədi, Nigar yığdı ki, verdiyin "flashcard"da heç nə yoxdur. Dedim, o biri kartlımla səhv salmışam. Həmin "flashcard"ı sonra verəcəyimi dedim.

2 həftə keçdi, Nigara zəng eləyib həmişəki variantla 200 manat istədim. Parkda görüşdük. İnternetdən yüklədiyim çılpaq qız şəkilini uzaqdan ona göstərib, dedim, sənin şəklindi. Yanında həmin şəkli sildim, 200 manatımı aldım. Halbuki, onun məndə bir dənə də olsun şəkli yoxuydu. 1 ay olmamışdı yenidən Nigarı yığdım, 300 manat istədim. Dedi, vermirəm, sənin barəndə polisə şikayət edəcəm. Bir az qorxdum, ona görə pul istəmədim. Ümumilikdə Nigardan 2150 manat pul almışdım".
 
Təqsirləndirilən şəxs Nigarı şantaj etməkdən başqa, qeyri-rəsmi nikahda yaşadığı Almazın (ad şərtidir) sağlamlığına yüngül xəsarət vurmaqda da təqsirləndirilib. Bu barədə danışan şəxs deyib ki, Almazla 2 ilə yaxın ər-arvad kimi yaşayıb: "Bu müddət ərzində bir neçə dəfə Almazla qısqanclıq zəminində mübahisələrimiz oldu. Son vaxtlar Almazın başqası ilə münasibətinin olmasından şübhələnirdim. Evə gəldim, evdə Almaz və azyaşlı oğlu vardı. Gecə saat 02 radələrində  Almaza yatmağa getdiyimi dedim. 10 dəqiqədən sonra otağa qayıtdım, telefonla oynayırdı. Əlindən telefonu aldım, gördüm başqası ilə mesajlaşır. Mesajlarda mənim barəmdə alçaldıcı sözlər vardı. Əsəbiləşdim, uşağın kəmərini çıxardım, kəmərlə onu döydüm. Elədiyim əməldən peşmanam, xəcalət çəkirəm. Nigara və Almaza dəymiş ziyanı tam həcmdə ödəmişəm. Onları barışıq əldə etmişəm. Bunların məhkəmədə nəzərə alınmasını sizdən xahiş edirəm".
 
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Nigar bildirib ki, 2004-cü ildən Bakı şəhərində yaşayır: "Əvvəllər ailəli olmuşam, təxminən iki il əvvəl həyat yoldaşımdan ayrılmışam. Valideynlərimə baş çəkmək üçün Şamaxı rayonuna gedən zaman "Şamaxinka" adlanan əraziyə getdim. Taksiyə mindim, sürücü ilə söhbətimiz tutdu, nömrəmi verdim. Anar o gündən mütəmadi olaraq zəng edirdi, söhbət edirdik. Görüşlər zamanı Anar mənə subay olduğunu, mənimlə evlənəcəyini deyirdi. Mən də ona inandım".
 
Zərərçəkən şəxs ifadəsində deyib ki, Anar onunla görüşmək istədiyini və onu restorana aparacağını deyib: "Zəng elədi, restorana gedib yemək yeməyi təklif elədi. Onun təklifi ilə razılaşdım və Masazırdakı "Qəbələ" restoranına getdik. Yemək yedik. Ailə quracağımızı dedi, onunla cinsi münasibətdə olduq. Bu hadisədən bir neçə gün keçdikdən sonra Anar zəng eləyib  340 manat borc pul istədi. Heç bir tərəddüd etmədən görüşüb ona bu pulu verdim. Bundan bir neçə gün sonra Anar yenə zəng edərək 500 manat istədi. Maddi imkanım pis olduğundan Anara verməyə pulumun olmadığını dedim.  Həmin günün səhəri Anar zəng edərək hədə-qorxu gəlməyə başladı, telefonunda  çılpaq şəkillərimin olduğunu dedi. Qorxdum, 600 manat pulu ona verməyəcəyim təqdirdə çılpaq şəkillərimi anama, qardaşıma göstərəcəyini dedi. Həm də həmin şəkilləri internet vasitəsi ilə yayıb məni biabır edəcəyini bildirdi. Şəkillərin nə vaxt çəkildiyini görməmişdim, nə də hiss etmişdim. Qorxumdan, məcburiyyət qarşısında qalaraq qızıl sırğalarımı və boyunbağımı satıb 400 manat pul düzəltdim. Pulu  Akademik Milli Dram Teatrının qarşısında Anara verdim.  Anar qalan pulu axşama çatdırmadığım təqdirdə şəkilləri yayacağını dedi. Məcburiyyətdən Sabunçuda qalan rəfiqəmdən 200 manat borc aldım. Anarı Sabunçuya çağırıb 200 manatı da verdim. Pulu verəndə Anardan şəkillərini qaytarmasını xahiş etdim, o isə mənə şəkilləri siləcəyini dedi".
 
Nigar ümumilikdə Anara 2150 manat pul verdiyini deyib: "Hər dəfə pul istəyəndə ordan-burdan borc ala-ala verirdim. Qorxurdum, hər pul verəndə yalvarırdım ki, şəkilləri mənə versin. Bir dəfə içi boş "flashcard" verdi. Zəng elədim, dedi səhv salmışam, sonra verərəm.  Bir görüşümüzdə də mənə çılpaq qızın şəkilini uzaqdan göstərdi, dedi, sənin şəklindir. Ha yalvarsam da, yaxından göstərmədi, dedi, siləcəm. Nə qədər pul versəm də, yenə əl çəkmirdi. Ona indiyə qədər 2150 manat pul vermişəm. Axırda həm pulum olmadığından, həm də bezdiyimdən "102" xidmətinə zəng edib, Anar barəsində şikayət etdim. Polisə çağırıldım, izahat yazdım.  Barəsində araşdırma başlandıqdan sonra Anar öz səhvini başa düşdü, üzr istədi və mənə vurduğu maddi ziyanı tam şəkildə ödədi. Ona görə də Anarı bağışladım və barışdım. Hazırda Anar Məmmədova qarşı hər hansı iddiam, tələbim və şikayətim yoxdur".
 
Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Almaz isə deyib ki, Anarla 2013-cü ilin avqust ayında tanış olub və qısa zamanda yaxın münasibət yaradıb: "Biz qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Bir gün Anar evə tez gəldi, televizora baxırdıq. Yataq otağına keçdi, mən də telefonla qurdalanırdım. Bu vaxt birdən üstümə hücum çəkib, telefonu əlimdən aldı. Mesajları oxudu. Başqası ilə mesajlarımı tutdu. Məni söyməyə başladı, başıma iki-üç yumruq vurdu. Yumruqların zərbəsindən yerə yıxıldım. Oğlumun kəməri ilə məni döydü. Ona əsəbimdən polisə zəng edib döyülməyimlə bağlı şikayət etdim".
 
Almaz ifadəsində qeyd edib ki, Anarın başqa qadınla görüşməsindən şübhələnib: "Anar yatanda telefonuna baxdım, gördüm mütəmadi olaraq bir nömrə ilə əlaqə saxlayıb. Həmin nömrəyə zəng eləsəm də, zəng çatmadı. Səhər Anardan bu nömrənin kimə aid olduğunu soruşdum, dedi, bibisiqızıdır. Mənə bərk-bərk tapşırdı ki, birdə o nömrəyə yığmayım. İnanmadım, yığdım ki, bir qızdır. Adı Nigardır. O, mənə Anarla münasibətlərinin olduğunu dedi. Ona söyməyə başladım, Anarı narahat etməməyini tapşırdım. Anar evə gəldi, birinci boynuna almasa da, sonradan Nigarla bir neçə dəfə cinsi münasibətdə olduğunu dedi. Nigara yenə yığdım, söyüşlər söydüm. O isə bildirdi ki, Anar onun lüt şəkillərini çəkib, şəkillərini almaq üçün onunla münasibət saxlayır. Anar evə gələndə bu barədə ona sual versəm də, Nigarın yalan dediyini bildirdi. Anara inandım, Nigara mesaj yazdım ki, birdə zəng eləsə, onu məhv edəcəm".
 
Almaz ifadəsinin sonunda bildirib ki, Anarla barışıb: "Ərim olub, döyüb, sonradan səhvini başa düşüb. Mən hələ də onu sevirəm, heç bir şikayətim yoxdur".
 
Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Anar Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Messi 300-ü keçdi

20 Sentyabr 2017 11:39

Poker Messini yubileyə qovuşdurdu

20 Sentyabr 2017 11:37

Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən etməyi öyrənib

20 Sentyabr 2017 11:35

Alimlər kompüter təlimi üçün kvant kompüterlərindən istifadəni təklif ediblər

20 Sentyabr 2017 11:35

Şeyxin qudası Hacı Qalibin oğlu həbsdə qaldı

20 Sentyabr 2017 11:34

Səudiyyə Ərəbistanından

20 Sentyabr 2017 11:34

İlham Əliyev bu gün BMT-də çıxış edəcək

20 Sentyabr 2017 11:33

Sabiq deputatın həbsdəki oğlu barədə QƏRAR VERİLDİ

20 Sentyabr 2017 11:33

Qalib Salahzadənin oğlunun apellyasiya şikayəti təmin edilməyib

20 Sentyabr 2017 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirilib

20 Sentyabr 2017 11:32

Şəbnəm Tovuzlu kökəlib

20 Sentyabr 2017 11:31

Azərbaycandan islam ölkələrinə ÇAĞIRIŞ: "Ermənistanla əməkdaşlığı məhdudlaşdırın"

20 Sentyabr 2017 11:29

Azərbaycanda son 14 ildə BELƏ İSTİ OLMAYIB: yaxın 3 gündə...

20 Sentyabr 2017 11:28

Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb

20 Sentyabr 2017 11:27

Azərbaycanın XİN başçısı: "Regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb"

20 Sentyabr 2017 11:27

Oğrular polis bölməsini soydular

20 Sentyabr 2017 11:23

"Kapital Bank" yeni layihəsini təqdim edib

20 Sentyabr 2017 11:22

"Şahdəniz"dən indiyədək hasil olunan qazın həcmi

20 Sentyabr 2017 11:22

Qarabağ kanalında qadın meyiti tapılıb

20 Sentyabr 2017 11:17

UEFA "Qarabağ" - "Roma" matçı ilə bağlı statistik məlumatları açıqlayıb

20 Sentyabr 2017 11:17

Dmitri Nazarovdan 90 dəqiqə

20 Sentyabr 2017 11:17

İlham Əliyev bu gün BMT Baş Assambleyasında çıxış edəcək

20 Sentyabr 2017 11:16

İsti hava şəraiti neçə gün davam edəcək?

20 Sentyabr 2017 11:14

İŞİD üçün döyüşən azərbaycanlılara 23 illik CƏZA TƏLƏBİ

20 Sentyabr 2017 11:13

Yaşlı kişi yanaraq öldü

20 Sentyabr 2017 11:12

Yevlaxda kanaldan meyti tapıldı

20 Sentyabr 2017 11:09

Prezidentdən SOS: “Həyatım üçün təhlükə var”

20 Sentyabr 2017 11:08

Elmar Məmmədyarov: "Azərbaycan Qarabağ məsələsində İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir"

20 Sentyabr 2017 11:07

Prokuror İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılara cəza istəyib

20 Sentyabr 2017 11:07

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində icra başçısı ifadə verəcək

20 Sentyabr 2017 11:07

Bel ağrıları və disk yırtıqlarının 1 iynə ilə müalicəsi

20 Sentyabr 2017 11:04

Meksikada zəlzələ: Ölü sayı 226 nəfərə çatdı

20 Sentyabr 2017 11:04

Elza Seyidcahana "ağır itki"

20 Sentyabr 2017 11:02

Həftəsinə 40 min manat qazanan məşhur aktrisa BAHALIQDAN ŞİKAYƏTLƏNDİ - FOTO

20 Sentyabr 2017 10:58

Mərkəzi Bankın qərarı nəyə hesablanıb?

20 Sentyabr 2017 10:58

Ziya oynadı, "Den Boş" qələbə qazandı

20 Sentyabr 2017 10:57

Uşağın qızdırmasını aşağı salan üsullar

20 Sentyabr 2017 10:55

TƏHLÜKƏ: Bakıya "quyu qazan" quyular - ARAŞDIRMA

20 Sentyabr 2017 10:54

Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

20 Sentyabr 2017 10:53

Mübariz Qurbanlının Masallıda nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib

20 Sentyabr 2017 10:52

Bakıda təsiredici marketinqə həsr ediləcək tədbir keçiriləcək

20 Sentyabr 2017 10:52

Timsah uşağı diri-diri yedi

20 Sentyabr 2017 10:50

İcra başçısı dələduzluq işinə görə məhkəməyə gətiriləcək

20 Sentyabr 2017 10:44

Bu gün neftçilərin peşə bayramıdır

20 Sentyabr 2017 10:44

Türkiyəli alimin 10 gün əvvəlki PROQNOZU GERÇƏK OLDU - Dəhşətli ZƏLZƏLƏ

20 Sentyabr 2017 10:43

“Nikoil Bank” yeni kredit aksiyasına başlayıb

20 Sentyabr 2017 10:42

Azərbaycan: Hamilə qadın yol qəzasında öldü

20 Sentyabr 2017 10:40

"Şeyxin oğlu iki rükət namazı güclə qılır" - Hacı Qalib

20 Sentyabr 2017 10:39

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir

20 Sentyabr 2017 10:37

Neftimiz bahalaşmaqda davam edir

20 Sentyabr 2017 10:37