"Qarabağ" - "Qəbələ" oyununda mərhum futbolçu yad edilib

"Qarabağ" - "Qəbələ" oyununda mərhum futbolçu yad edilib
19:27 29 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" oyunundan əvvəl komandalar bir neçə gün öncə dünyasını dəyişmiş gənc futbolçu Şəhriyar Xəlilovu yad ediblər. 
"Report"un məlumatına görə, "Qəbələ" üzərində mərhumun şəkli olan köynəklərlə meydana çıxıb.
Start fitindən əvvəl birdəqiqəlik sükut elan olunub.
Bundan başqa, komandalar "Qadınlara qarşı zorakılığa yox deyək" kampaniyasına da qoşulduqlarını bəyan ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-qebele-oyununda-merhum-futbolcu-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR