Türkiyəli nazir: "BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək"

Türkiyəli nazir: "BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək"
19:37 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Hədəf Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin 2017-ci ilin əvvəlində işəidarəetməyə hazır olmasıdır."
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.
O deyib ki, bu layihə təkcə Türkiyə üçün deyil, region üçün önəmlidir: “Hazırda işlər ciddi şəkildə davam etdirilir. İşçilər gecə-gündüz çalışırlar. Yaşadığımız regionda mövcud bazarların dəmir yoluna ehtiyacı var. BTQ gələn ilin ilk aylarında istifadəyə verilərək ticarətin və nəqliyyatın daha yüksək səviyyəyə çatmasını təmin edəcək."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR