Müğənni Hadisə gözəllik mərkəzindən çıxarkən paparassilərin hədəfinə tuş gəlib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ifaçı jurnalistləri görəndə təəccübünü saxlaya bilməyib. Suallara cavab vermək istəməyən Hadisə "Dostlar, hava çox yağışlıdır, başqa vaxt çoxlu söhbət edərik. İcazə verin evimə gedim", - deyə bildirib.
Lakin məlum olub ki, cazibədar müğənninin tələsməsinin səbəbi qaşlarına permanentin tətbiq edilməsidir. Onun qaşlarını əli ilə gizlətməsi də diqqətdən qaçmayıb.
Milli.Az