"Energy Aspects": Sabah razılaşma əldə olunmasa neftin qiyməti 20-30 dollar/barelə enə bilər

"Energy Aspects": Sabah razılaşma əldə olunmasa neftin qiyməti 20-30 dollar/barelə enə bilər
19:57 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ OPEC-in noyabrın 30-da keçirəcəyi növbəti rəsmi iclasından əvvəl müxtəlif ölkələrin rəsmi şəxslərindən açıqlamalar gəlməyə davam edir.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, dünən səhər Səudiyyə Ərəbistanının energetika naziri hasilatın azaldılmasının yeganə qərar olmayacağını bidirib. Nazirin sözlərinə görə, sammitdə razılaşma əldə olunmasa neftin qiyməti kəskin azalmayacaq.
Əlcəzairin energetika naziri Nurəddin Buterfa isə daha bədbin açıqlama verərək, anlaşmanın əldə olunmaması halında neftin qiymətinin 40 dollar/barelə enəcəyini bildirib. 
Londonda yerləşən müstəqil araşdırma şirkəti olan "Energy Aspects"in neft bazarlarını araşdırma departamentinin rəhbəri Amrita Senin fikrincə, sabah sammitdə razılaşma əldə olunmasa neftin qiyməti 20-30 dollar/barel həddinə düşəcək. 
Xatırladaq ki, dünən OPEC-in 10 saatlıq texniki məsləhətləşmələri nəticəsiz tamamlanıb. Bu görüşdə hər bir ölkənin hasilat kvotaları müzakirə edilib.
OPEC sammiti sabah Bakı vaxtı ilə saat 13:00-da işə başlayacaq. Bakı vaxtı ilə saat 15:00-da sammitin qapalı iclasında qərar qəbul olunacaq və 19:00-da OPEC baş katibinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Analitiklər sammitin nəticəsinin adətən mətbuat konfransına qədər məlum olduğunu bildirirlər. Qapalı iclasın uzanma ehtimalı da mövcuddur.  

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/energy-aspects-sabah-razilasma-elde-olunmasa-neftin-qiymeti-20-30-dollar-barele-ene-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR