Azərbaycanın iş adamları Başqırdıstana beynəlxalq konfransa qatılacaqlar

Azərbaycanın iş adamları Başqırdıstana beynəlxalq konfransa qatılacaqlar
20:57 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində beynəlxalq konfrans keçiriləcək.
“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, konfrans bu il dekabrın 1-dən 2-dək davam edəcək.
Konfrans Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRIKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin kiçik biznes üzrə ikinci forumunun üzvlərinin iştirakı ilə baş tutacaq. Azərbaycanlı iş adamları və sahibkarlar konfransa dəvət olunublar.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanin-is-adamlari-basqirdistana-beynelxalq-konfransa-gedecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR