QMİ sədrinin səlahiyyətli nümayəndəsi: "Dini düşüncənin islahata ehtiyacı var"

QMİ sədrinin səlahiyyətli nümayəndəsi: "Dini düşüncənin islahata ehtiyacı var"
21:02 29 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Bu gün İslamın özünün deyil, dini düşüncənin islahata ehtiyacı var".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), QMİ və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqdə deyib.
O bildirib ki, uzun əsrlər boyu din adı ilə anladığımız qaydalar toplusunun dəyişməsinə, onlara yenidən baxışa ehtiyac var: "İslam dinində iştihad konsepsiyası var. İştihad dinin zamana uyğunlaşdırılmasıdır. Bu uyğunlaşma da insan ləyaqəti prizmasından həyata keçirilməlidir. İslam dinində bir sabit və bir də dəyişən qayadalar var. Bəzi məsələlərə zamanın tələblərinə uyğun baxmağımıza ehtiyac var. Müasir din alimləri deyirlərki, elm tərəfindən qəti şəkildə təsdiq olunmuş məsələni din inkar edə bilməz. Dində elmin izah edə bilmədiyi nəsə tapmaq olar, amma elm kəşf, möhkəm, tutarlı dəlillərə söykənirsə, dində elmə zidd bir məsələ tapa bilməzsiniz. Heç kim İslamda ağıla və elmə zidd hər hansı höküm tapa bilməz. İslamda hər hansı bir yenilk inkişafa səbəbdirsə, qəbul olunur. İslam dini gəldikdən sona geridə qalmış bir milləti ən mütərəqqi millətlərdən birinə çevirə bildi. Ona görə ki, islam inkişafa zəmin yaratdı".
Ş.Həsənlinin sözlərinə görə, bu gün inkişaf konsepsiyası düşünərkən dinimizdən yaradıcı, inkişafa təkan verən bir amil kimi faydalana bilərik: "Bu gün qərbin rastlaşdığı bir çox problemlərdən sığortalanmaqla yeni bir inkişaf modeli ortaya qoya bilərik". 

Xəbərin orijinal ünvanı: https://report.az/din/qmi-sedrinin-selahiyyetli-numayendesi-dini-dusuncenin-islahata-ehtiyaci-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR