"Space"in lideri saxlanıldı

"Space"in lideri saxlanıldı
21:05 29 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın musiqi qrupu "Space"in lideri Didye Maruani və onun vəkili İqor Trunov Moskvanın mərkəzində saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Trunovun maraqlarını müdafiə edən vəkil Lyudmila Ayvar bildirib.

Onun sözlərinə görə, Maruani və Trunov Pokrovka küçəsi, ev 19-da rusiyalı sənətçi Filipp Kirkorovla müqavilə imzalamalı imişlər, lakin onları orada polislər tutub.

Vəkil həmin şəxslərin saxlanılma səbəbləri haqda bilgisi olmadığını vurğulayıb, həmçinin qeyd edib ki, baş verənlər Kirkorovun vəkili tərəfindən öncədən planlaşdırılmış ola bilər.

Qeyd edək ki, "Space" fransız qrupu 1977-ci ildə Maruani, Rolan Romanelli və Yannik Top tərəfindən yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR