Niyə endirimli qiymətlərlə bazarlıq etməkdən həzz alırıq?

Niyə endirimli qiymətlərlə bazarlıq etməkdən həzz alırıq?
21:12 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

O hiss. Bilirsiniz hansını deyirəm. Hətta, o haqda fikirləşmək belə adrenalinin sürətlənməsinə və həvəsə səbəb olur. Sizə yenisi lazımdır. Ona yaxın olanda isə özünüzü saxlaya bilməyib alırsınız, vəssalam.
Bəzilərimiz üçün 50% endirim, bir günlük endirim və mallar bitənədək endirim nişanları, digər asılılıqlardan əslində bir o qədər də fərqlənmir. Terapevtlər, endirim zamanı bazarlıqdan yararlanmaq hissinin alkoqol, narkotik və hətta yemək aludəçiliyi ilə eyni olduğunu deyirlər.
Endirim zamanı bazarlıqdan yararlanmaq hissinin alkoqol, narkotik və hətta yemək aludəçiliyi ilə eyni olduğunu deyirlər
Hətta aramızda əsl kompulsiv alış-veriş pozğunluğu diaqnozu (bəzi ruhi sağlamlıq mütəxəssisləri tərəfindən tanınan impuls nəzarəti pozğunluğu) olmayanlar da, eyni hissləri yaşaya bilər. Buna görə də, hətta təsadüfi bazarlıq edənlər də kassada özünüidarədə çətinlik çəkə bilər.
Əslində isə biz, adətən çox rasional düşünmədən, bir neçə saniyə ərzində qərar veririk, New York Buffalo Dövlət Universitetinin dosenti Keonyoung Oh deyir. Oh, nevromarketinq üzrə ixtisaslaşıb. Bu yeni sahə alıcı davranışını nevrologiya üzrə müəyyənləşdirir.

Əşyaların bizim hisslərimizə necə təsir edəcəyini qabaqcadan müəyyənləşdirmək çətindir

Biz endirim nişanlarını gördükdə beynimiz, adəti nəticə ağırlığı prosesindən keçmir, əksinə "nəyisə almağa qərar vermək adətən bir andaca baş tutur," Oh deyir. O, emosiyalardakı incə piklərə təsir edən beyin dalğalarını öyrənir. Beynimiz iş yerindəki kimi adəti nəticə ağırlığı prosesindən keçmir, çünki emosional qərarlar beyin quruluşumuza əsasən ani verilir, o əlavə edir.
Biz daha çoxunu istəyirik. Daha çoxuna sahib olmalıyıq. O həzzə yenidən çatmalıyıq
Almaq qərarı verdiyimiz an, özümüzü yaxşı hiss edirik və pozitiv emosiyalar axışmağa başlayır. Amma sonra, narkoman və ya alkoqolik kimi istək hissi yenidən baş qaldırır, San Francisco-da yaşayan istehlakçı psixoloqu və Yeni İstehlakçı Zehninin Açması adlı kitabın müəllifi Kit Yarrow deyir. Daha çoxuna sahib olmalıyıq. O həzzə yenidən çatmalıyıq. Daha çoxunu əldə etməliyik.
Bütün bunlar idarəsi itmiş kimi görünür, bəlkə də elə deyil. İstək yer aldıqca nə baş verdiyini anlamaq çox vacibdir.

Ov həzzi

Sevimli dükana daxil olmaq və ya sevimli bazarlıq səhifəsinə girmək katalizatordur. Bu hərəkət bədənimizə, külli miqdarda dopamin istehsalına başlamağı çatdırır, Londonda yerləşən nevromarketinq araşdırma firması Neurostrata-nın məsləhətçisi Darren Bridger deyir. Dopamin beyində bazarlıq və axtarışdan gələn həzz və mükafatını yaradan nevroötürücüdür.
Bir çoxumuz nəyisə alıb almamaq qərarını bir saniyədən az müddətdə veririk
Bazarlıq, "xəzinə ovu kimi bir şeydir", o söyləyir. "Elə axtarışın özü yüksək də həvəsləndiricidir."
Sonra yaşananlar isə bizim başqa vaxtlarda bir növ rasional qərar-vermə prosesində yaşadıqlarımızdan tamamilə fərqlidir. Oh-a görə, bir çoxumuz nəyisə alıb almamaq qərarını bir saniyədən az müddətdə veririk. Oh-un spesifik məhsul haqqında "emosional məşğuliyyət" adlandırdığı siqnal, beynimizdə dalğaları hərəkətə gətirir.

İstək hissi bizim yenidən o həzzi dadmağa məcbur edir

Çox vaxt bu impulslar, müəyyən bir marka (təsirli marketinq sirri) ilə bağlı keçmiş təcrübələrimiz və ya arzu siyahımızdakı bir şeyi təsadüfən görmək sayəsində baş qaldırır, o, əlavə edir. (Məsləhət: Əgər siz idman ayaqqabısı aşiqisinizsə, o halda ayaqqabı dükanına girməmişdən qabaq, yenisinə ehtiyacınız olub olmadığını dəqiqləşdirin.)
Bu fizioloji istək bizim digər istehlakçılardan yox, ayılardan qorunmağımız üçün yaradılıb
Əksəriyyətimiz əslində aldığımız şeylərə aludə deyilik. Bu daha çox bazarlıq prosesinin yaratdığı vərdişdir. Eynilə, yemək, narkotik maddələr və içmək asılılığı kimi. Santa Barbara, Kaliforniyada kompulsiv istehlakçılarla işləyən terapevt Angela Wrutzel bu fikirdədir. O deyir ki, bazarlıq hissi əslində, mağazaya üz tutmamışdan günlər, bəzən isə həftələr öncə baş qaldırır.
"Bütün proses onu gözləməyə başlayan andan etibarən yaranır və içki istəyi haqqında fikirləşməkdən heç də fərqlənmir," o bildirir.

Alış veriş zamanı beyninə qalib gəl

Gərəksiz alverə pul xərcləmək istəmirsinizsə, qiymətə ən axırda baxın
Alış impulsunu azaltmaq üçün almağı mümkün qədər başqa günlərə saxlayın
Pərakəndə satış marketinqinin qurbanı olmamaq üçün müəyyən əşyaları internet üzərindən də axtarın
Alandan sonra peşmançılıq yox, rahatlıq hissini yaşamaq, gələcək bazarlıqlarınızda sizə kömək olacaq

Daxili istəklərinizə qarşı çalışmaq

Endirimlərdən - ABŞ və planetin müxtəlif ölkələrində qeyd edilən Qara Cümə (Black Friday) günündəki kimi - kənar qalmaq bizim üçün çətin ola bilər. Endirim zamanı, bədənin avtonom bildiriş sistemi (döyüş və ya uçuş cavabını işə salan sistem) refleksiv olaraq bəzi orqanlarımızın idarəsini ələ alır. Bu da bədəndə dərhal cavab vermə yaradır, Yarrow deyir.
Endirimdə nəyisə əldə edə bilməmək qorxusu bizi "rəqabət rejiminə" keçirə bilər. Nəticədə kiminsə həmin şeyi sizdən öncə əldə edəcəyi impulsunu idarə etmək çətinləşir, o söyləyir. Keçmişdə, "bu fizioloji istək bizim digər istehlakçılardan yox, ayılardan qorunmağımız üçün yaradılıb," o deyir. "Səbəb [bizim cavabımız] o qədər güclüdür ki, insanlar o haqda düşünmürlər," Yarrow bildirir.
Bəziləri bazarlıq zamanı həyəcanlı və rəqabətli olduğu halda, bunu rahatlanmaq və ya gündəlik qayğılardan qurtulmaq kimi qəbul edənlər də var, Wrutzel deyir. "Bəzi insanlar kefi kök, daha az narahat və əsəbi sakit olduqlarını bildirirlər," o söyləyir.

Rəqəmlərdən əmin olmayın

ksəriyyətimiz əslində aldığımız şeylərə aludə deyilik. Bu daha çox bazarlıq prosesinin yaratdığı vərdişdir
Dostlarınız ilə alış-veriş mərkəzinə getdiyinizi düşünün. Onlar sizin bazarlıq etməməyinizə səbəb olacaqlar? Yox - eyni fikirli dostlar sizi daha da şirnikləşdirəcəklər.
Dükanda başqa alıcılarla diqqət ayırmaq və ya internetdə şərhləri oxumaq bunu dostlarla birgə etdikdə aradakı bağları daha da gücləndirir və almaq prosesini asanlaşdırır.
Siz bunu heç hiss etmirsiniz belə. Çox zaman, bu, beyin dalğaları və genişlənən göz bəbəklərindən bilinir, nəinki, artan ürək döyüntüsü və ya gərgin əzələlərdən, Oh deyir.
Əşyaların bizim hisslərimizə necə təsir edəcəyini qabaqcadan müəyyənləşdirmək çətindir
Amma ümid var. Yeni başlayanlar, özünüzü sövdələşməyə məcbur edin (içkini atdıqdan sonra pivəxanaya getmək istəmədiyiniz kimi). Və qiymətləri əvvəl yox, Yarrow deyir, sonda yoxlayın. Eləcə də, internet üzərindən alış verişdə ilk olaraq endirim hissəsinə baxmayın.
"Özünüzü sakitləşdirməlisiniz və daha məntiqli olmağa məcbur etməlisiniz," o söyləyir.
Və unutmayın ki, alıcı peşmançılığı bazarlıq aludəçiliyinə gətirib çıxarır.
"Axtarış həvəsini hərəkətə gətirmək həmişə çox asandır, lakin insanlar gərəkli şeyi aldıqdan sonra, yaşayacaqları ləzzəti anlamaqda çətinlik çəkirlər," Bridger deyir.
Endirim mövsümündə bazarlığa tələsməmişdən öncə bunu fikirləşməyə dəyər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR