900.000 alman istifadəçi internetsiz qaldı

900.000 alman istifadəçi internetsiz qaldı
21:27 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Almaniyada 900.000 istifadəçi internetsiz qalıb.

Belə ki, uğursuz hacker hücumu nəticəsində Almaniyanın "Deutsche Telekom" şirkətinin 2 milyon istifadəçisindən 900.000-i zərər çəkib. Şirkətin verdiyi məlumata əsasən hackerlər istehlak routerlərini ələ keçirmək istəyiblər. Bunun nəticəsində yüz minlərlə insan internetsiz qalıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, internetdə nasazlıqlar 27-28 Noyabr tarixlərində qeydə alınıb. Güman olunur ki, hackerlər daha böyük hücum üçün cihazları ələ keçirməyə çalışıblar. Şirkət bildirib ki, hackerlər routerləri zərərli tətbiqlərlə yoluxdurmaq istəyiblər. Lakin onların bu istəkləri alınmayıb. "Deutsche Telekom", internetdəki problemi aradan qaldırmaq üçün artıq yenilənmiş proqram təminatını təqdim etməyə hazırlaşır. Şirkət həmçinin routerlərin zərərli tətbiqlərdən təmizlənməsi üçün onları söndürüb yenidən işə salmalarını istifadəçilərə tövsiyyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR