Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər
22:12 29 Noyabr 2016
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını içə bilməz. O içdiyi bitki çaylarına diqqət yetirməli və dietoloqla məsləhətləşməlidir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, çünki bitki çaylarının tərkibində müxtəlif cür maddələr ola bilər və bu maddələr dölə mənfi təsir edər. Amma aşağıda adları çəkilən bitkilərdən dəmlənən çayı içməkdə heç bir zərər yoxdur. Bu çaylara aiddir:
* limon
* nanə
* zəncəfil
* alma
* portağal
* narıngi
* itburnu
* çobanyastığı
* razyana
* yaşıl çay.
Hamiləlik zamanı aşağıdakı bitki çaylarından istifadə edilməməlidir. Çünki aşağıda adları yazılan çaylar uşaqlığın əzələsinə qıcıqlandırıcı təsir edə bilir:
* aloe
* qərənfil
* kimyon
* lavanda
* darçın
* zəfəran
* kəklikotu
* kərəviz
* mələkotu
* yasəmən.
Həkimlər hamilə qadına qara çaydan az, yaşıl çaydan çox istifadə etməyi məsləhət görürlər. Belə ki, qara çayın tərkibində olan kofeinin miqdarı, yaşıl çayda olan kofeinin miqdarından daha çox olduğu üçün bunu deməyə əsas verir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR