Dolların yüksəlməsi Türkiyəyə 216 milyarda başa gəldi

Dolların yüksəlməsi Türkiyəyə 216 milyarda başa gəldi
22:13 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türk lirəsi 2016-cı ilin əvvəlindən bu yana ABŞ dollarına nisbətdə 19 faiz dəyərdən düşüb. Bu da Türkiyənin beynəlxalq sərmayə mövqeyində 216 milyard TL-lik itkiyə səbəb olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Bankın faiz artımına baxmayaraq, lirənin dəyər itirməsi Türkiyənin xarici mövqeyinə mənfi təsir edir. Nəzərə çatdıraq ki, hazırda 1 dollar 3,47 tl səviyyəsindədir. Bu da lirənin böyük dəyər itkisi yaşayan Meksika Pesosundan da pis vəziyyətdə olması deməkdir.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Türkiyənin xaric reservləri 221,3 milyard dollar səviyyəsində idi. Xaric öhdəlikləri isə 610,9 milyard dollar təşkil edirdi.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR