Təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir

Təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir
22:39 29 Noyabr 2016
192 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyada bu gün baş verən  təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

 

“Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR