Fidel Kastronun “kəbinsiz oğlu” tapıldı - FOTO

Fidel Kastronun “kəbinsiz oğlu” tapıldı - FOTO
22:57 29 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

KİV Kanadanın baş naziri Castin Trüdo və Kuba inqilabının lideri Fidel Kastro arasında oxşarlıq tapıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda "BuzzFeed" nəşri bildirib.
Sosial şəbəkə istifadəçiləri Kanadanın baş nazirini Fidel Kastronun kəbinsiz oğlu adlandırıblar.
"Reddit" portalının istifadəçiləri Kastro (söhbət Fidel Kastronun gənclik illərindən gedir - red.) ilə Trüdonun xarici görünüşündə, həmçinin onların sol siyasi baxışlarında oxşarlığı qeyd ediblər. Bu, onlara fərz etməyə imkan verib ki, Kuba lideri Kanada baş nazirinin əsl atası idi.
Bundan başqa, bildirilir ki, Castinin atası, ölkənin baş naziri vəzifəsi tutmuş Pyer Elliot Trüdo Kastro ilə yaxın idi. Kuba lideri 2000-ci ildə keçmiş baş nazirin dəfnində iştirak edib.
"Reddit" istifadəçiləri Pyer Elliot Trüdonun Kubaya səfəri zamanı Kastronun kiçik Castinə həyəcanlı münasibətinə diqqəti yönəldən Rusiya istifadəçilərini xatırladıb. Ancaq "BuzzFeed" bu nəzəriyyəni təkzib edib. Nəşr yazıb ki, Castin Trüdo 1971-ci ildə doğulub. Amma Kastro onun valideynləri ilə beş il sonra görüşüb.
Fidel Kastro noyabrın 25-də 90 yaşında ölüb. Ölkədə doqquz günlük matəm elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR