"Qarabağ" - "Qəbələ" matçında qalmaqal - - FOTO

"Qarabağ" - "Qəbələ" matçında qalmaqal - - FOTO
23:05 29 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun son turunda "Qarabağ" doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Milli.Az sportarena.az-a istinadən  xəbər verir ki, matçın son dəqiqələrində maraqlı hadisələr yaşanıb. Belə ki, matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə "Qarabağ"ı əks hücumda yaxalayan "Qəbələ"nin futbolçusu Filip Ozobiçə qarşı Riçard Almeyda kobud oynayıb. Nəticədə futbolçu hakim tərəfindən qırmızı vərəqə ilə cəzalanıb. Bundan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Hakimin müdaxiləsindən sonra futbolçular sakitləşib.

Bundan bir neçə dəqiqə sonra "Qarabağ" Dino Ndlovunun qolu ilə hesabda önə çıxıb. Bu da "Qəbələ"nin futbolçularını özündən çıxarıb və ara yenidən qarşıb. Bu dəfə polislərin müdaxiləsindən sonra futbolçular sakitləşib. 

Qeyd edək ki, sözügedən matçda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR