Kolumbiyada təyyarə qəzasında 21 jurnalist ölüb

Kolumbiyada təyyarə qəzasında 21 jurnalist ölüb
23:22 29 Noyabr 2016
140 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

"Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın "Atletiko Nasional" klubu ilə oyuna yollanan Braziliyanın  "Şapekoense" futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR