FHN karateçiləri qalib oldu - FOTO

FHN karateçiləri qalib oldu - FOTO
00:18 30 Noyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr və gənclər arasında 17-ci respublika birinciliyi, böyüklər arasında 24-cü respublika çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubundan Publika.az-a bildiriblər ki, çempionatda 41 komandanın heyətində 430 idmançı mübarizə aparıb.

Gənclər arasında çempionatda İlyas Nağıyev (61 kq) üçüncü yeri tutub. Kişilər və qadınlar arasındakı yarışda isə Tural Ələkbərli (60 kq) və Aytən Rəfiyeva (68 kq) ikinci yerdə qərarlaşıblar.

FHN-in idmançıları çempionatlarda məşqçi Coşqun Sadıqovun rəhbərliyi ilə güclərini sınayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR