İŞİD ABŞ-ın Ohayo Universitetinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD ABŞ-ın Ohayo Universitetinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
00:52 30 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ İŞİD terror təşkilatı ötən gün ABŞ-ın Ohayo Universitetinə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan "Amaq" saytına istinadən AFP məlumat yayıb.
Məlumata görə, hücum edən İŞİD-in "əsgərlərindən biri" olub. Hücum terrorçuların "beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!" çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.
İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR