İŞİD Universitetə hücumu üzərinə götürdü - VİDEO

İŞİD Universitetə hücumu üzərinə götürdü - VİDEO
01:13 30 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı ötən gün ABŞ-ın Ohayo Universitetinə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Report xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan "Amaq" saytına istinadən AFP məlumat yayıb.

Məlumata görə, hücum edən İŞİD-in "əsgərlərindən biri" olub. Hücum terrorçuların "beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!" çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.

İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR