Ukrayna Qara dəniz üzərində uçuşlar üçün yeni qadağan olunmuş zonalar müəyyən edib

Ukrayna Qara dəniz üzərində uçuşlar üçün yeni qadağan olunmuş zonalar müəyyən edib
01:17 30 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Ukrayna Qara dəniz üzərində uçuşların həyata keçirilməsi üçün yeni təhlükəli zonaları müəyyən edən yeni aviasiya informasiya xəbərdarlığı dərc edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi (RHNA) məlumat yayıb.
"Yeni qadağan olunmuş zonalar Qara dənizin neytral suları və qismən Rusiyanın Krım yarımadasının cənub-qərb və cənub şərq istiqamətindəki Qara dəniz ərazi suları üzərindəki hava məkanında müəyyən edilib. Yeni təhlükəli zonaların müəyyən edilməsinin səbəbi məlum deyil", - deyə idarənin məlumatında bildirilir.
Eyni zamanda, RHNA Krım üzərində hava məkanını bağlamayacağını, yarımada üzərindən uçuşların heç bir təhlükə daşımadığını bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-qara-deniz-uzerinde-ucuslar-ucun-yeni-qadagan-olunmus-zonalar-mueyyen-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR