Yerə çırpılan təyyarənin “qara qutusu” tapıldı

Yerə çırpılan təyyarənin “qara qutusu” tapıldı
04:19 30 Noyabr 2016
122 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyada  qəzaya uğrayan təyyarənin “qara qutusu” aşkarlanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı yerli nəqliyyat nazirliyi təstiqləyib.

 

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur.   

 

Faciə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan edilib.

 

Qəzanın yanacaq çatışmazlığı səbəbindən baş verdiyi ehtimal olunur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR