Almaniyada əks-kəşfiyyatçı terror aktı planlaşdırıbmış

Almaniyada əks-kəşfiyyatçı terror aktı planlaşdırıbmış
06:49 30 Noyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın əks-kəşfiyyat idarəsinin (BfV) əməkdaşı radikal dini ideyaları təbliğ etməkdə və qurumun Kelndə yerləşən mərkəzi bürosunda terror aktı  planlaşdırmaqda şübhəli bilinir.  

 

APA-nın xəbərinə görə, bu barədə “Die Welt” nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə,  51 yaşlı Almaniya vətəndaşı saxta akkaunt vasitəsilə internetdə radikal dini ideyaları təbliğ edib, həmçinin məxfi məlumatların yayılmasını təşkil edib. Qeyd olunan şəxs şübhəli şəxs qismində saxlanılıb və dindirilmə zamanı terror aktı  planlaşdırdığını etiraf edib.   

   

“Spiegel”in məlumatına görə, qeyd olunan şəxs saxlanılmazdan əvvəl dörd həftə ərzində nəzarət altında olub.

 

Faktla bağlı Düsseldorf prokurorluğunda araşdırma davam edir.  Saxlanılan şəxs barəsində tezliklə həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR