Nataliya Oreyro: "Oğlum rus nağılları ilə böyüyür"

Nataliya Oreyro: "Oğlum rus nağılları ilə böyüyür"
08:37 30 Noyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni və aktrisa Nataliya Oreyro Rusiya haqqında maraqlı müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni dekabrın 7-də Rusiyada konsert proqramı ilə çıxış edəcək. Adıçəkilən ölkəyə getməmişdən qabaq isə Nataliya oraya aşiq olduğunu bildirib.

- Necənci dəfədir Rusiyaya gedirsiniz?

- Bilmirəm, 8. 9... sayı itirmişəm. Sevirəm orada konsert verməyi, ümumiyyətlə, o ölkədə olmağı. Sanki məni Rusiyaya dartan bir qüvvə var. Bu ölkədə çoxlu fanatlarım var. Onlar məni "Vəhşi mələk" serialından seviblər. 

- Həmin fanatlardan aldığınız hədiyyələrdən hansı sizin üçün daha yadda qalan olub?

- Çox hədiyyə almışam. Amma birini unutmaram. Mənim heykəlimi düzəltmişdi. Elə bil, özüm idim.

- Bilirsiniz ki, Rusiyada "Bizim Nataşa" adlı sənədli film çəkilib?

- Bilirəm. Amma bu qədər sevginin haradan qaynaqlandığını anlamıram.

- Deyirdiniz, oğlunuz da Rusiyanı sevir?

- Bəli. Merlin rus nağılları ilə böyüyür. Mən ona Rusiyadan hədiyyə aparanda bağçaya aparır və dostlarına sevinclə deyir ki, bunu anam Rusiyadan gətirib.

- Həyat yoldaşınız sizin tez-tez bu ölkəyə gəlməyinizə heç nə demir? Ümumiyyətlə, 15 ildir ailəlisiniz, necə qorumusunuz ailənizi?

- Xeyr, heç nə demir. Əksinə. Rikardo da musiqiçidir. Yeri gəlmişkən, bu dəfə Merlin də, Rikardo da mənimlə olacaqlar. Oğlum Rusiyaya gedəcəyini eşidəndən sevinir. Ailəni qorumaq üçün isə onu sevmək lazımdır. Heç vaxt düşünməyin ki, nəyəsə görə kiminləsə yaşamaq məcburiyyətindəsiniz. Həmişə düşünün ki, yanınızdakı olmasa, yaşamaq mümkünsüz olar. Rikardo məndən çox böyükdür. Mənim kaprizlərimə dözür.

- İkinci uşaq haqqında düşünürsünüzmü?

- Bu sualı çox adam verir. Amma hələ ki, yox. Bütün vaxtımı özümə, oğluma sərf etmək istəyirəm.

- Rusiyada ev almaq fikriniz yoxdur?

- Əslində, yaxşı fikirdir. Onsuz da tez-tez gedirəm ora. Evim olsa, oteldə qalmaram. Düşünürəm bu barədə.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR