Uzun müddətdir Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılovanın ailəsində ağır itki üz verib.
Axşam.az-ın məlumatına görə, sənətçinin nənəsi dünyasını dəyişib.
Bu haqda Aygün özü xəbər verib. O, “Bu gün atamın anası dünyasını dəyişdi. Yaşlı idi, amma yenə də nənəmdir. Ailədən bir böyük də getdi” deyə, bildirib.
Qeyd edək ki, A.İsmayılova ailə qurduqdan sonra İstanbula köçüb. O, bir neçə müddət əvvəl “O səs Türkiyə” yarışmasına qatılmışdı. Aygün eyni zamanda bir çox mahnıların sözlərinin müəllifidir.