Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək
09:37 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Pakistan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 6-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
"Azpromo"dan “Report”a verilən məlumata görə, forumda qida sənayesi, tekstil, tikinti, quşçuluq, əczaçılıq, idman malları, cərrahiyə alətləri, mədən sənayesi, polad istehsalı, kosmetika, geyim, kimyəvi məhsullar, logistika, müxtəlif aksesuarlar, qiymətli daşların istehsalı və digər sahələrdə fəaliyyət göstərən Pakistan şirkətlərinin iştirakı gözlənilir.
Tədbirdə iştirak etməkdə maraqlı olanlar qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə "Azpromo"ya (tel.: 012 598 01 47/48 və ya 012 437 11 42, daxili: 123; e-mail: anuriyev@azpromo.az;) müraciət etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR