Türkiyənin tanınmış aktyoru qəzada öldü – FOTO

Türkiyənin tanınmış aktyoru qəzada öldü – FOTO
09:43 30 Noyabr 2016
226 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru Erdal Tosun keçirdiyi avtomobil qəzasında həyatını itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aktyor Türkiyə vaxtı ilə saat 06.30 radələrində İstanbulun Sarıyer bölgəsində qəzaya düşüb. Həmin vaxtı idarəetməni itirən bir avtomobil aktyorun idarə etdiyi “34 UJ 3409” dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Qəza nəticəsində Erdal Tosunun həyatını xilas etmək mümkün olmayıb.

Digər avtomobilin sürücüsü isə yaralanıb.

Vasif Həsənli






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR