Donald Tramp bu gün yeni dövlət katibinin adını açıqlayacaq

Donald Tramp bu gün yeni dövlət katibinin adını açıqlayacaq
10:17 30 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Massaçusets ştatının keçmiş qubernatoru və ABŞ-ın keçmiş prezidentliyə namizədi Mitt Romni Nyu Yorkdakı "Trump Tower"də ölkənin yeni seçilmiş prezidenti Donald Trampla nahar etdikdən sonra onun haqqında vəcdlə danışıb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, D.Tramp dövlət katibi vəzifəsinə mümkün namizədlərlə görüşməyə davam edir. Bu, artıq D.Trampın daha əvvəl onun siyasətini tənqid edən M.Romni ilə ikinci görüşü olub.
Lakin ikinci görüşdən sonra ABŞ-ın keçmiş prezidentliyə namizədi D.Tramp barədə xüsusi coşquyla danışaraq onun amerikalıları daha yaxşı gələcəyə apara biləcək şəxs olmasına inamının gücləndiyini bildirib.
D.Trampın ABŞ dövlət katibi vəzifəsinə namizədin adı ilə bağlı yekun qərarını bu gün açıqlayacağı gözlənilir.
Qeyd edək ki, M.Romnidən savayı, dövlət katibi olmağa namizədlər sırasında FTB-nin keçmiş direktoru Devid Petreus, Senatın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korker və Nyu-Yorkun keçmiş meri Rudi Culiani nəzərdən keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-bu-gun-yeni-dovlet-katibinin-adini-aciqlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR