Moskvada pulsuz olan, Bakıda 1 manatadır

Moskvada pulsuz olan, Bakıda 1 manatadır
10:23 30 Noyabr 2016
357 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qonaq olmuş Rusiyalı ailənin Azərbaycanla bağlı internetdə paylaşdığı maraqlı bir fakta rast gəldik.

Fins.az-ın verdiyi məlumata görə, turistlər Heydər Əliyev Beynəlxalq Hava Limanına şəxsi avtomobilləri ilə daxil olublar. Limanın gözəlliyini qeyd edən cütlük, bir şəkil çəkdirəndən sonra aeroportun ərazisini tərk etməyə çalışıblar. Ümumi olaraq hava limanın ərazisində 10 dəqiqə vaxt keçiriblər.

Çıxışda onlar bir manat dəyərində "parking" pulu verməli olublar və bundan heç də razı qalmayıblar. "Bir manat böyük məbləğ deyil. Lakin niyə sizin şəhərdə dünya təcrübəsi olan "ilk 15 dəqiqə pulsuz" qaydası tətbiq olunmur? Bizim Moskva aeroportlarında: "Domodedovo", "Şeremetyevo", "Vnukovo"-da bu çox geniş yayılmış təcrübədir"-deyə onlar narazılıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR