“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır

“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır
10:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” Çin bazarını hədəf almaq üçün Londondan işləyəcək 3 treyderi işə götürüb. "Repor"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib.
“Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və “Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-da işə başlayıb, digər treyder isə gələn il işə başlayacaq.
“Əlbəttə, biz onların Çindəki əlaqələrindən istifadə edəcəyik və Çinin neft emalı zavodlarına daxil olacağıq", - deyən A.Əzimov qeyd edib ki, "SOCAR Trading” 2015-ci ildə idxal lisenziyası verilən Çinin neft emalçılarına xammalı birbaşa olaraq satmaq niyyətindədir.
O qeyd edib ki, Asiya emalçıları daha ağır xam neftə üstünlük verir.
Hazırda Asiya bölgəsində “Azeri Light” markalı neft İndoneziya, Tayland, Vyetnam və bəzən də Tayvana satılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-trading-cin-bazari-uzre-3-treyderle-emekdasliga-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR