ABŞ-da silahlı şəxs kinoteatra hücum etdi

ABŞ-da silahlı şəxs kinoteatra hücum etdi
10:43 30 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San-Fransisko şəhərinin polisi silahlı şəxs barədə xəbərlərdən sonra kinoteatrı təxliyyə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda NBC telekanalı bildirib.

Ehtimallara görə, silahlı şəxs Metreon kinoteatrına daxil olub. Bina təxliyyə edilib və San-Fransisko polisi bir şübhəlinin tutulduğunu və tapançanın aşkar edildiyini açıqlayıb.

Hadisə nəticəsində heç kim zərər çəkməyib.

Hazırda ərazidə araşdırma aparılır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR