Bəşşar Əsədə aid parlamentdə qondarma “erməni soyqırımı”nın tanınması müzakirə edilir

Bəşşar Əsədə aid parlamentdə qondarma “erməni soyqırımı”nın tanınması müzakirə edilir
10:52 30 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bəşşar Əsədi dəstəkləyən Suriya parlamentinin komissiyasında qondarma “erməni soyqırımı” məsələsi müzakirə edilir.
“Report” “lragir.am”a istindən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan B.Əsədə bağlı Suriya parlamentinin üzvləri Ömər əl-Ərəbi və Alan Bakeri söyləyib.
Məlumata görə, noyabrın 29-da onlar Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovla görüşüblər. E.Şarmazanov bildirib ki, Ermənistan parlamenti Suriyadakı problemin dinc yolla həllinə tərəfdardır və müxtəlif beynəlxalq təşkilatların toplantılarında bu mövqedən çıxış edirlər. 
Ömər əl-Ərəbi və Alan Bakeri isə qeyd edib ki, onların təmsil olunduqları parlamentin uyğun komissiyasında “erməni genosidi”nin tanınması məsələsi müzakirə olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bessar-esede-aid-parlamentde-ermeni-soyqirimi-nin-taninmasi-muzakire-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR