Abşeronda 75 yaşlı qadını avtomobil vurub

Abşeronda 75 yaşlı qadını avtomobil vurub
11:02 30 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Abşeron rayonunda 75 yaşlı qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 19-cu kilometrliyində Aşağı Güzdək qəsəbəsinə düşən ərazidə qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Mehdiyeva Göyərçin İsa qızını "Mercedes" markalı avtomobil vurub. G.Mehdiyeva ağır xəsarət alıb. Hadisəni törədən sürücü dərhal onu xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, G.Mehdiyevanın vəziyyəti ağırdır.
Hadisəni törədən sürücünün izahatı alınıb, araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR