BANM-da İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib

BANM-da İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib
11:12 30 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ Bakı Ali Neft Məktəbində (BANM) İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi və bu ölkənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamlayaraq onları Azərbaycanda və bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu dilə gətirib. O, BANM-in yaranma tarixi, fəaliyyəti, bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında təqdimatla çıxış edib, qonaqlara ətraflı məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa vaxtda ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdığını bildirib.
Səfir Hüsnan Bəy Fanani nümayəndə heyətinin Bakıda keçirilən İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiklərini, təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığa dəstək verməyə hazır olduğunu bildirib.
Qonaqlar BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Görüşdə universitetlərarası gələcək əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-da-i-ndoneziya-numayende-heyeti-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR