Rusiyada Azərbaycan millət vəkilinin "Qarabağ düyünü" adlı kitabı erməni dilində nəşr edilib - FOTO

Rusiyada Azərbaycan millət vəkilinin "Qarabağ düyünü" adlı kitabı erməni dilində nəşr edilib - FOTO
11:27 30 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın millət vəkili Aydın Mirzəzadənin "Qarabağ düyünü" adlı kitabı erməni dilində nəşr edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 400 səhifəlik kitab 300 tirajla buraxılıb. İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir.

Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib.

Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilib, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib.

Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib. Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib.

Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilən kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib.

Kitabın xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

Kitabın bir hissəsi Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün Azərbaycana gətirilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR