Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı - STATİSTİKA
11:44 30 Noyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

 

2016-cı ilin 11 ayı ərzində Azərbaycanda  464 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib.

 

Lent.az-ın məlumatına görə,  bunu QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirdə deyib.

 

N.Zülfüqarovun sözlərinə görə, onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbi olub: “ Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Ümumilikdə 2016-cı ilin bu gününə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373  nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib”.

 

Şöbə müdiri bildirib ki, 2015-ci il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib: “Son 20 ildə  tətbiq edilən antiretrovirus terapiyaya (ART) hazırda 3418 İİV-lə yaşayan insan  cəlb olunub, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 237 hamilə ART-yə qoşulub”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR