Azərbaycanlılar şücaətlərinə görə İsrail Hərbi Hava Qüvvələrinin medalı ilə təltif olunublar - FOTO

Azərbaycanlılar şücaətlərinə görə İsrail Hərbi Hava Qüvvələrinin medalı ilə təltif olunublar - FOTO
12:17 30 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

29 noyabr 2016-cı il tarixində İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.
Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN-in əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/494397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR