Nazir müavini: "İşsizlikdən icbari sığorta sistemi yaradılacaq"

Nazir müavini: "İşsizlikdən icbari sığorta sistemi yaradılacaq"
12:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək".
"Report"un verdiyi xəbərə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, ölkədə ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram hazırlanır: "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına öz töhfəsini verəcəyini gözləyirik".
S.Həsənova əlavə edib ki, 2017-də iqtisadi artımın 1%, növbəti illərdə 2%-dən yuxarı olacağı proqnozlaşdırlır. Hasilatın aşağı salınması səbəbindən neft sektorunun 2,1% azalacağı, qeyri-neft sektorunun isə 2,5% artacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR