"Qarabağ"ın rəqibi o komanda ilə qarşılaşacaq

"Qarabağ"ın rəqibi o komanda ilə qarşılaşacaq
12:32 30 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

"Fiorentina"nın İtaliya Kubokunun 1/8 finaldakı rəqibi müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, komanda bu mərhələdə "Kievo" ilə qarşılaşacaq. "Kievo" "Novara"ya 3:0 hesabı ilə qalib gələrək "Fiorentina"ya rəqib olub.

Görüş gələn il yanvarın 11-i keçiriləcək.

Qeyd edək ki, "Fiorentina" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu turnirdə son görüşünü dekabrın 8-i "Fiorentina"ya qarşı keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR