"Barselona" - "Real Madrid" matçından əldə olunan bütün vəsait "Şapekoense"yə veriləcək

"Barselona" - "Real Madrid" matçından əldə olunan bütün vəsait "Şapekoense"yə veriləcək
12:32 30 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniya La Liqasında XIV turun "Barselona" - "Real Madrid" oyunundan əldə olunacaq vəsait təyyarə qəzası nəticəsində futbolçularını itirən Braziliyanın "Şapekoense" klubuna veriləcək. "Report"un məlumatına görə, "El Klassiko" dekabrın 3-də "Nou Kamp"da keçiriləcək.
Bununla yanaşı, Argentina Futbol Assosiasiyası (AFA) və Braziliyanın "Korintians", "San-Paulu", "Palmyeras", "Koritiba" və "Santos" klubları da hadisəyə diqqətsiz qalmayıb. AFA və klublar komandanı bərpa etmək üçün heç bir ödəniş olmadan futbolçuları icarəyə verə biləcəklərini açıqlayıb.
Üstəlik, klublar "Şapokeonse"nin qarşıdakı 3 mövsüm ərzində güclülər dəstəsini tərk etməməsi üçün Braziliya Futbol Konfederasiyasına müraciət ediblər.
Qeyd edək ki, noyabrın 29-da baş verən təyyarə qəzasında "Şapokeonse"nin futbolçular da olub. Onlardan yalnız üçü - müdafiəçi Alan Ruşel, qapıçılar Danilo Padilya və Jakson Follman sağ qalıb. Hadisəyə görə, Braziliyada 3 günlük matəm olunub və Cənubi Amerika Futbol Konfederasiyasının bayrağı (KONMEBOL) altında keçirilən bütün beynəlxalq yarışlar, o cümlədən Cənubi Amerika Kubokunun finalının keçirilməsini qeyri-müəyyən vaxta qədər dayandırılıb. Dünyasını dəyişənlərdən Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/argentina-futbol-assosiasiyasi-ve-braziliya-klublari-sapokeonse-ye-futbolcu-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR