Azərbaycan Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
12:42 30 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində çıxış edənlər kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və fərqlənən hərbi qulluqçular fəxri fərmanla təltif edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-herbi-deniz-quvvelerinde-novbeti-buraxilis-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR