Pasportunu unutdu, ölmədi - FOTO

Pasportunu unutdu, ölmədi - FOTO
12:47 30 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Braziliyanın "Şapekoense" klubunu Kolumbiyaya aparan təyyarənin qəza keçirməsi nəticəsində 75 nəfər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bəxt sayəsində komandanın baş məşqçisi Kaio Juniorun oğlu Matheus Saroli həyatda qalıb.

O, komanda ilə səfərə getməyib. Buna səbəb isə Sarolinin pasportunu evdə unutması olub.

Matheus Saroli məsələyə belə aydınlıq gətirib: "Hazırda San-Paulodayam. Pasportumu unutduğum üçün təyyarəyə alınmadım. Mən və anamın durumumuz yaxşıdır. Mesajlarınız üçün təşəkkür edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR