Maliyyə naziri ölkədə ÜDM-in azalmasının səbəblərini izah edib

Maliyyə naziri ölkədə ÜDM-in azalmasının səbəblərini izah edib
12:52 30 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 49,2 milyard manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz azdır".

Mili.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Bu gün Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası işə başlayıb.

S.Şərifov deyib: "Hesabat dövründə ölkədə qeyri-neft ümumi daxili məhsulu 6,1 faiz azalıb. Azərbaycanda ÜDM-in azalmasının əsas səbəbləri tikinti sektorunun 27,4 faiz azalması, ölkədə dollarlaşmanın yüksək səviyyəsi, mal dövriyyəsi həcminin azalması, eləcə də bank sektorunun üzləşdiyi çətinliklər və kredit portfelinin keyfiyyətinin pisləşməsi olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR