Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb

Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
12:54 30 Noyabr 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb.

 

Lent.az-ın məlumatına görə, sakinlərin müraciətlərini dinləyən Q. Paşayeva problemlərin həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Sakinlərin ən çox müraciətləri iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaqla bağlı olub. Q. Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub.

 

Millət vəkili kəndlərdə şəhid ailələri və müharibə əlilləri ilə də görüşərək onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR