"Təcili Təbrizə getməliyəm" - xərçəngə tutulan rejissor

"Təcili Təbrizə getməliyəm" - xərçəngə tutulan rejissor
13:17 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Müalicəm normal gedir. Xəstəliyimin adı bəllidir, əlbəttə ki, müalicəsi ağrısız olmur. Ağrılarım var. Amma naşükürlük etmirəm, burada məndən pis ağrı çəkənlər olur".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkidə deyib.

Rejissor bildirib ki, müalicəsinin ikinci hissəsi bitmək üzrədir:

"Müalicəmin birinci hissəsi yaxşı nəticələndi. İkinci hissə də bitmək üzrədir. Bitəndən sonra təcili Təbrizə getməli və bəzi analizlər verməliyəm. Həmin analizlərdən sonra həkimlər qərar verəcəklər ki, mənə ilik köçürülməsi lazımdır, ya yox. 

Hərdən həkimlər mənə şərait yaradır, evə buraxırlar. Bir neçə dəfə ailəmin yanına getmişəm, şəhərə gəzintiyə də çıxmışıq. Burada hər bir şərait qurulub. Amma yenə də darıxıram. İnsan ünsiyyət axtarır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR