Zukerberqin "Facebook" statusları silinib

Zukerberqin "Facebook" statusları silinib
13:27 30 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və "Facebook"da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.
 
Şirkətin nümayəndəsi hadisənin təsadüf nəticəsində baş verdiyini açıqlayıb: "Bu, bizim sistemlərimizdən birinin səhvi ucbatından baş verib. Markın akkauntu sındırılmayıb".
 
M. Zukerberqin silinən postlarından biri (12 noyabr tarixli) ABŞ-dakı seçkilər, "Facebook"da uydurma məlumatların yayılması və "komplo nəzəriyyəsi" ilə bağlı olub. 19 noyabr tarixli digər statusunda isə o, uydurmalarla mübarizə planını təqdim edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR