Əbülfəs Qarayev: "Qiymət artımı turizm sektoruna təsir etməyəcək"

Əbülfəs Qarayev: "Qiymət artımı turizm sektoruna təsir etməyəcək"
13:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması turizm sektoruna təsir etməyəcək".
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 3 turizm zonası var: "Bu gün yeni turizm zonalarının yaradılması istiqamətində iş gedir. Hazırda həmin turizm zonalarında müxtəlif xidmətlərə müəyyən dərəcədə güzəştlərin tətbiq olunması haqda məsələ gündəmdədir". 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/qiymet-artimi-turizm-sektoruna-tesir-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR